“Hüquq mühafizə orqanlarına müraciət edəcəm” - Elvin əsəbiləşdi



“Tənqidi qəbul edirəm. Başqa vaxt deyirlər ki, elin gözü tərəzidir. Amma indi görürəm ki, belə deyil. Çünki repertuara, insana, sənətə qiymətdən çox tamaşaçı şəxsi təhqirə keçib”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev “Mtv Azərbaycan”a müsahibəsi zamanı deyib. O, sosial şəbəkələrdə ünvanına təhqirlər yazıb, ailəsinə dil uzadanlara sərt şəkildə xəbərdarlıq etdi:

“İnstaqramda belə bir kütlə yaranıb. Elə bil bunları açıb buraxıblar ki, başlayın...Olmaz axı belə. Hər kəsin bir şəxsiyyəti, mənliyi var. Təzəlikcə bir qarğış eləmişdilər, onu ümumiyyətlə qəbul edə bilmirəm. Qarğış bir başlı olmur, iki başlı olur. Bəlkə də yalançı səhifələrdir, bilmirəm. Hər kimdirsə, ayıb olsun ona. Bu dəfə bunu keçdim, amma belə hal bir də təkrarlansa mütləq şəkildə hüquq mühafizə orqanlarına müraciət edəcəm. Hamısı İnstaqramda şirə, pələngə dönən 1990-cı illərin uşaqlarıdır. Onlara demək istəyirəm ki, kimə nə yazacaqları barədə diqqətli olsunlar. Ümumiyyətlə heç kimə yazmsınlar. Kimisi sırğa taxır, kiminin cinsi cırıqdır, kimisi xına qoyur...Sənin nəyinə lazımdır? Sən sənətçinin yaradıcılığını izlə də, onun əyin-başı ilə nə işin var? Təhqir etmək olmaz".