Hollivud ulduzu boşanma ərəfəsindədir 


Hollivud ulduzu Riz Uizerspunla aktyor əri Cim Tot artıq 9 ildir ki, ailəlidir.
Axşam.az xəbər verir ki, heç vaxt şəxsi həyatları ilə gündəmə gəməyən cütlüyün hazırda boşanma ərəfəsində olduğu deyilir.

Bu baradə onlara yaxın mənbə “In Touch” nəşrinə müsahibəsi zamanı danışıb.

O bildirib ki, çəkilişlər təxirə salındığı üçün karantin dövrünü birlikdə yaşayan ər-arvad tez-tez mübahisə etməyə başlayıb. Son aylar yola getməyən məşhurlar artıq yollarını ayırmaq haqda düşünür.