Mənzildən meyit tapılıb


Bakıda mənzildən meyit tapılıb.

Sherg.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki,  Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Karl Ryumin Aleksandroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.