Ermənistanda koronavirusdan ölənlərin sayı 100-ə çatır

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 372 yoluxma halı aşkarlanıb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda koronavirusa yoluxanların sayı 7 774 nəfərə çatıb.
Xəstəlikdən ümumilikdə 98 nəfər ölüb. Koronavirusdan sağalanların sayı isə 3 255 nəfərdir. Ölkədə indiyədək 53 678 test aparılıb.