Rusiyada daha 161 nəfər koronavirusdan öldü

Rusiyada son sutka ərzində daha 8 338 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 370 680 nəfərə çatıb.
Son sutka ərzində 161 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 3 968 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 142 208 nəfərdir.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir.