Azərbaycanda DƏHŞƏT: kişinin üstünə benzin töküb yandırdı

Xaçmaz rayonunda 35 yaşlı kişi üzərinə benzin tökülərək yandırılıb.
APA-nın Şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu, Uzunoba kənd sakini 46 yaşlı Kərimov Vüsal Ağarəhim oğlu aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayonunun Qusarçay kənd sakini, 35 yaşlı Yusifov Nəriman İbrahimşah oğlunun üzərinə benzin tökərək yandırıb. Ağır yanıq xəsarətləri alan N. Yusifov Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları saxlayaraq istintaqa təhvil verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.