Rusiyadan daha 175 nəfər Azərbaycan vətəndaşı gətirildi

Rusiyadan daha 175 nəfər Azərbaycan vətəndaşı gətirildi
Bu gün çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya gətirilib.
Bu barədə Lent.az -a AZAl-dan bildirilib. Ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.
Qeyd edək ki, çarter reyslərini AZAL Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirir.