İdlibdə Türkiyə ordusunun hərbçisi şəhid oldu

Suriyanın İdlib bölgəsində Türkiyə ordusunun bir hərbçisi şəhid olub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, İdlib bölgəsində səbəbi hələlik bilinməyən bir partlayışda Türkiyə Silahlı Qüvvələrinin hərbçisi vəfat edib.