Almaniya səfiri Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib


Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib. 

APA-nın xəbərinə görə, səfir bu barədə "Twitter" səhifəsində yazıb. 

"Respublika günün mübarək, Azərbaycan! Bu gün 1918-ci ildə - ilk Alman demokratiyası ilə eyni ildə - Rəsulzadə, Xoyski kimi cəsur insanlar tərəfindən Cümhuriyyətin yaradılmasını qeyd edirik. 1918-ci ildə qurulan dünyəvi və demokratik Respublika bugünkü Azərbaycan Respublikasının əsasını qoyub", - deyə diplomat qeyd edib.