Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Respublika Günü ilə bağlı paylaşım edib


Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəsmi "Facebook" səhifəsində qeyd olunub.

"Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm! Biz birlikdə güclüyük! Ad günün mübarək Azərbaycan!" Kestutis Yankauskas video müraciətində deyib.