"Dövrün tədqiqatçılarının Cümhuriyyətlə bağlı çıxışlarına imkan yaradılmalıdı" - Elmar Həsənli

"Mətbuat, televiziya Azərbayvan Xalq Cümhuriyyəti mövzusuna daha çox yer verməlidir".

Bu sözləri "Sherg.az"a açıqlamasında tarixçi-alim Elmar Həsənli deyib.

Tarixçi bildirib ki, bu dövrün tədqiqatçılarına tirubuna verməlidir:

"Özü də məhz bu gün yox, hər gün, hər saat dövrün tədqiqatçılarının Cümhuriyyətlə bağlı çıxışlarına imkan yaradılmalıdı. Dərsliklərdə bu mövzuya geniş yer verilməlidir. Qürurverici faktlar həmin dərsliklərdə xüsusi önəm kəsb etməlidir. Qısa sənədli flimlər hazırlanmalı və televiziyalarda daim nümayiş olunmalıdır".