Braziliyalı Villian “Atletiko Madrid”in hədəfindədir


“Çelsi” klubunun hücumameyilli yarımmüdafiəçisi braziliyalı Villian karyerasını İspaniyada davam etdirə bilər.

AZƏRTAC “Gazeta.ru” saytına istinadla xəbər verir ki, “Atletiko Madrid” futbolçunu heyətinə qatmaq niyyətindədir.

Məlumata görə, 31 yaşlı oyunçu London təmsilçisindən ayrılmaq istəyir. Onunla daha öncə İspaniyanın “Barselona”, İngiltərənin iki klubu – “Tottenhem” və “Arsenal” komandaları da, maraqlandığı iddia edilirdi. Ancaq Madrid klubunun Villian üçün daha əlverişli təklif verdiyi bildirilir.

Qeyd edək ki, futbolçu cari mövsüm İngiltərə Premyer Liqasında 25 oyun keçirib və 4 qolla yadda qalıb.