Belarusda 219 nəfər koronovirus infeksiyasından ölüb


Belarusda ümumilikdə 39 min 858 nəfər koronavirusa yoluxub.

AZƏRTAC xəbər verir ki, Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, onlardan 16 min 660 nəfəri tam sağalaraq evə buraxılıb, 219 nəfər isə həyatını itirib.

İndiyədək Belarusda koronavirusla bağlı 500 minə yaxın test aparılıb.