"O səs Türkiyə"dən hansı münsif gedir?


Cüneyt Özdemirin proqramına qonaq olan TV8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin münsif heyətinin yeni mövsümdə dəyişəcəyini açıqlayıb.

Axşam.az xəbər verir ki, aparıcı münsiflərdən kimin gedəcəyini gizli saxlayıb.

Acun "Dörd münsifə də aşiqəm. Hamısı bir-birindən dəyərlidir və sevdiyim adlardır. Amma tamaşaçı dəyişiklik istəyir" deyə, bildirib.

Qeyd edək ki, "O səs Türkiyə"nin münsif kürsüsündə Hadisə, Murad Boz, Seda Sayan və Beyazıt Öztürk əyləşirdi.