“Beynəlxalq qurumlar Azərbaycanın haqq səsini eşidir və dəstəkləyirlər”

“Ermənistan bütün bunlardan dərs almalıdır"


Dünən Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış "Qobu park-3" yaşayış kompleksinin açılışında iştirak edib. O, öz nitqində bir sıra məsələlərə toxunub. Həmçinin bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinin  danışıqlar prosesi çərçivəsində mərhələli həll variantı müzakirə edilir. Məqsədimizin, əsas amalımızın suverenliyimizi tam və birdəfəlik təmin etmək olduğu vurğulanıb. 

 Bu haqda "Sherg.az"a danışan politoloq Tofiq Abbasovun fikrincə, bu, düşmən tərəfinə ötürülən mesajdır:

"Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etdi ki, Ermənistan tərəfi mərhələli həll yoluna razı olmalıdır. Çünki Ermənistan hər fürsətdə danışıqları uzatmağa, bu müzakirələrə kölgə salmağa çalışır. Rəsmi İrəvan isə cavabında buna hazır olmadığını, torpaqlarımızı qaytarmaq barədə düşünmədiyini deyib. Düşmənin danışıqlara formal yanaşdığı görünür. Ona görə də dövlət başçısı çıxışında bir daha xatırlatdı ki, bizim hərbi hazırlığımız da kifayət qədərdir. Beynəlxalq qurumlar Azərbaycanın haqq səsini eşidir, bizi dəstəkləyirlər. Ermənistan bütün bunlardan dərs almalıdır".