Yas yerlərində koronavirusa kütləvi yoluxmalarla bağlı RƏSMİ AÇIQLAMA

“Təəssüflə qeyd edirəm ki, yas yerlərində kütləvi yoluxmalar baş verir”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr qeyd edib ki, ölkədə yas mərasimləri qadağan olunsa da, xüsusən rayonlarda bu qadağalara əməl olunmur:

“Yoluxma baş verdikdən sonra analizlər aparılır. Analizlər göstərir ki, yoluxmaların əksəriyyəti yas yerlərində baş verir”.