Çində 41 məktəbli zəhərlənib


Çinin şimal-şərqindəki Tsizilin əyalətində 41 məktəbli temperaturun artması və ishal əlamətləri ilə xəstəxanaya yerləşdirilib. 

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, şagirdlərdən ilk növbədə “COVİD 19” testi götürülüb, nəticələr mənfi olub. 

Araşdırma aparıldıqdan sonra şagirdlərə kəskin bağırsaq infeksiyası olan kampilobakterioz diaqnozu qoyulub.