"Ankara təzyiqləri neytrallaşdırmağa məcburdur" - Politoloq 

"Türkiyənin Aralıq dənizində, Orta və Yaxın Şərqdə İsraillə birgə keçmişə dayanan əməkdaşllğı hər iki ölkəni maraqlarına və təhlükəsizliyinə xidmət edə bilər"

"Türkiyənin Aralıq dənizində geosiyasi maraqlarını prinsipial şəkildə qoruması, Liviyada mövqelərini möhkəmləndirməsi, Ankaranın regional gücdən beynəlxalq nizamı dəyişəcək gücə gətirib çıxarıb". 

Bu sözləri "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi şərhçi vurğulayıb ki, Aralıq dənizi prafaktoreyası, Yaxın və Orta Şərq beynəlxalq nizamın formalaşmasının əsas  xəttidir. Burada bir neçə ölkənin apardığı mübarizədə Türkiyə öz mövqelərini gücləndirməyə naail olub. Türkiyə ilk növbədə Liviyanın BMT tərəfindən tanınan hökuməti ilə Aralıq dənizinin delimitasiya xəttini müəyyənləşdirməklə, bu ərazilərdə karbohidrogen yataqlarına və nəqliyyat yollarına nəzarəti təmin etdi. Türkiyə əleyhinə formalaşan Misir, BƏƏ, Yunanıstan və İsrail  koalisiyası parçalandı. Artıq, İsrail Türkiyə  arasında danışıqlar başlayıb. Bu iki ölkə arasında münasibətlərin inkişafına təkan verə bilər. Çünki, İsrail və Türkiyə təbii müttəfiqdirlər. İki ölkə Aralıq dənizində və digər  ərazilərdə birgə hərəkət edə bilərlər. Həmçinin Türkiyə artıq ərəb ölkələrinin heçdə ona müttəfiq ola bilməyəcəyinin fərqinə vardı".

Analitikə görə, ərəb ölkələri Türkiyəyə qarşı düşmənçilik mövqeyinə keçiblər: 

"Ona görə də Türkiyənin bu düşmənçiliyi neytrallaşdırması vacib idi. Türkiyənin Aralıq dənizində, Orta və Yaxın Şərqdə İsraillə birgə keçmişə dayanan əməkdaşllğı hər iki ölkəni maraqlarına və təhlükəsizliyinə xidmət edə bilər. Qeyd edim ki, Türkiyə və İsrailin əlaqələrinin normallaşdırlması Azərbaycanın da maraqlarına cavab verir. Hər iki ölkə Azərbaycanın müdafiə sənayesinin inkişafına töhfə verir. Beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq edə bilərlər. Hazırda Ermənistan çalışır ki, İsraildə Azərbaycan və Türkiyə əleyhinə  yeni bir siyasət formalşadırsın. Bəzi hallarda hərəkətə keçiblər. Qondarma "erməni soyqırım" Knessetdə gündəliyə çıxarmağa çalışıblar.  Azərbaycan üç tərəfli  Türkiyə, İsraillə birgə siyasi-hərbi və iqtisadi əməkdaşlıq formatının yaradılması istiqamətində iş aparmalıdır. Hər iki ölkənin Cənubi Qafqazda möhkəmlənməsi Azərbaycanın milli təhlükəsizliyinə cavab verə bilər".