Uşaqlara bu qidaları mütləq yedirdin


B vitamini qaynağı olan taxıllar, qanda şəkərin səviyyəsini tarazlaşdıraraq beynin hərəkətə keçməsini təmin edir. Yeməklərdə tam taxıllı çörək yemək faydalı olur.

KARTOF ZEHNİN SƏMƏRƏLİ İŞLƏMƏSİNİ TƏMİN EDİR

Kartof qanda şəkərin səviyyəsini asta və balanslı bir şəkildə qaldıraraq, zəkanın daha səmərəli işləməsinə imkan tanıyır. Ancaq yağda qızardılan kartof bu xüsusiyyətlərini itirə bilər.

ACI ŞOKOLAD BEYİNƏ OKSİGEN DAŞIYIR

Acı şokoladın tərkibində bol miqdarda olan maqnezium və antioksidantlar, beyinə oksigen daşıyaraq beynin daha fəal işləməsini təmin edir. Mütəxəssislər uşaqlara imtahanlardan əvvəl acı şokolad yeməyi tövsiyə edir.

QIRMIZI SOĞAN YADDAŞI GÜCLƏNDİRİR

Qırmızı soğan, yaddaşı inkişaf etdirən və unutqanlığın qarşısını alan quersetin adlı komponent baxımından zəngindir. Eyni zamanda yaxşı bir fol turşusu mənbəyidir.

QIRMIZI VƏ NARINCI TƏRƏVƏZLƏR BEYİN SAĞLAMLIĞINDA YARDIMÇI OLUR

Xüsusən, pomidor, yerkökü və qırmızı istiotda olan antioksidant beynin daha uzun müddət sağlam qalmasını təmin edir.