Azərbaycan-İran sərhədində yanğın olub

Biləsuvar rayonu ərazisində, İranla sərhəd zolağı boyunca 10 hektar sahədə kol-kos və 1 hektar sahədə biçilməmiş taxıl sahəsi yanıb.

Sherg.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, digər taxıl sahələri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.