Azyaşlı qoyunlarla birgə bataqlığa düşdü

Qəbələdə azyaşlı və qoyun sürüsü bataqlığa düşüb.
Lent.az -ın məlumatına görə, Türyançay çayının Qəbələ rayonu, Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə 1 azyaşlı və heyvan sürüsü (təxminən 100 baş xırdabuynuzlu) köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.