ABŞ-da etiraz aksiyaları davam edir: ölən və yaralılar var

Afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar keçirilən və kütləvi iğtişaşlarla müşayiət olunan etiraz aksiyalarında ölən və yaralananlar var.
APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, İndianapolisdə keçirilən etiraz aksiyasında silahlı şəxsin atəş açması nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb.
Etirazlarla əlaqədar ABŞ-ın 16 ştatının 25 şəhərində komendant saataı tətbiq olunub.
"Associated Press"in xəbərinə görə, polis ABŞ-ın 17 şəhərində təxminən 1400 nəfəri həbs edib.
Qeyd edək ki, Minneapolisdə afroamerikalının polis zorakılığı nəticəsində ölməsindən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar baş qaldırıb.