Azərbaycanda dəhşət: Kişi keçmiş arvadını baltaladı

Beyləqanda kişi keçmiş arvadına balta ilə xəsarət yetirib.
APA-nın məlumatına görə, hadisə rayonun Mil qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1971-ci il təvəllüdlü Tahir Muradxanov münaqişə zəminində keçmiş həyat yoldaşı, 1970-ci il təvəllüdlü Dilruba Cəfərovaya balta ilə baş və bədəninə çoxsaylı zərbələr endirib.
Yaralı ağır xəsarətlərlə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.