Qonşu ölkədə koronavirusa yoluxanların sayı 150 mini keçdi

İranda koronavirus infeksiyasına yoluxanların sayı 150 mini keçib.
Bunu İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur deyib.
“Ölkə üzrə ötən sutkada 2 516 yeni yoluxma halı aşkarlanıb. Bununla da, yoluxma hallarının ümumi sayı 151 466-ya çatıb.
Bunlardan 118 848 nəfəri sağalaraq evə buraxılıb”, - deyə nazirlik rəsmisi əlavə edib.