"KamAZ" sürüyə çırpıldı, 25 qoyun öldü

Göygöldə "KamAZ" qoyun sürüsünə çırpılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Nəticədə 25-ə yaxın qoyun tələf olub, 10-u isə yaralanıb.
Hadisənin baş vermə səbəbi araşdırılır.