Ermənistanda koronavirusdan ölənlərin sayı 139-a çatdı

Ermənistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 120 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda koronavirusa yoluxanların sayı 9402 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 139 nəfərə çatıb.
Virusdan sağalanların sayı 3402 nəfərdir