"LiderTV" iflas elan edilir?

“Lider TV və Radio-Azərbaycan” MMC-nin iflas elan edilməsi barədə kreditor Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (“Teleradio” İB) borclu “Lider TV və Radio-Azərbaycan” MMC-yə qarşı iflas elan edilmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edib.
“Teleradio”dan “APA-Economics”ə verilən məlumata görə, iş üzrə məhkəmə iclası 8 iyun 2020-ci il tarixində saat 11:00-da Bakı Kommersiya Məhkəməsinin İnzibati binasının 13-cü məhkəmə iclas zalında keçiriləcək.