“Dağlıq Qarabağ məsələsi ilə bağlı ümummilli konsepsiya olmalıdır”

“Qarabağ milli məsələdir. Təəssüf ki, vaxt keçir, problem həll olunmur, bu da əhalidə narazılıq yaradır. 
“Sherg.az”ın xəbərinə görə, bu barədə Milli Məclisin bugun keçirilən plenar iclasında millət vəkili Sabir Rüstəmxanlı deyib. 
Deputat bildirib ki, millətin gələcəyi, şərəfi buna bağlıdır: 

“Bu məsələ nə iqtidarın, nə də müxalifətin inhisarındadır. Bu, hamının mövzusudur. Xüsusən Dağlıq Qarabağda son zamanlar baş verən erməni həyasızlığı hər kəsi düşündürməlidir. Burada ümummilli konsepsiya olmalıdır. Ona görə də təklif edirəm ki, müvafiq qurumlar Dağlıq Qarabağ probleminin həlli istiqamətində gördüyü işlərlə bizi tanış etsin. Bunun üçün Milli Məclisdə ildə iki dəfə bizimlə görüşlər keçirilməlidir”.