Qarabağda ölən erməni hərbçilərin sayı AÇIQLANDI

2019-cu ildə Ermənistanda və Dağlıq Qarabağda ölən erməni hərbçilərinin sayı açıqlanıb.
APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, Ermənistanın baş prokuroru Artur Davtyan bildirib ki, 2019-cu ildə Ermənistanda və Dağlıq Qarabağda 49 erməni əsgəri ölüb.
Ermənistan baş prokurorunun sözlərinə görə, onlardan 20-si xidməti vəzifəsini icra edərkən ölüb, digər 29 hərbiçinin ölüm səbəbləri isə müxtəlifidir.