Prezidentə minnətdarlıq:“Ölkəmizin rəhbəri olduğunuza görə özümüzü güvənli hiss edirik”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Bakının Sabunçu rayonundan Sənubər Səfərova  ölkə başçısına məktubunda qeyd edir:  

“Hörmətli cənab Prezident, Sizə və ailənizə olan sevgim sonsuzdur. Sizlərə olan hörmət və sevgini çatdırmaq da mənə xoşbəxtlik hissləri yaşadır. Mən xarici ölkələrdə olanda Vətənim haqqında fəxr və qürur hissi ilə danışıram. Yaşadığım şəhərin gözəlliyindən, ölkəmin inkişafından bəhs edəndə bilirəm ki, bunlar Sizin sayənizdədir. Yorulmaz fəaliyyətinizə, əzmkarlığınıza görə Sizə minnətdarlığımı bildirir, Allahdan Sizə cansağlığı arzu edirəm. Ölkəmizin rəhbəri olduğunuza görə özümüzü rahat və güvənli hiss edirik. Sizin siyasətinizi dəstəkləyirik”.