“Karantin rejimi yenidən sərtləşə bilər” - Deputat

“Çünki ölkədə koronavirusa yoluxanların sayı 250-ni keçib. Bu rəqəmlər təbii ki, dövlətimizi çox narahat edir”



“Son günlərin statistikası narahatedicidir. Yoluxanların sayı artma dinamikası ilə davam edir”. 
Bunu “Sherg.az”a millət vəkili Cavid Osmanov deyib.
Deputat bildirib ki, bu, çox təəssüfləndirici haldır: 

“Görünən odur ki, bəzi vətəndaşlarımız sosial məsuliyyətlərini dərk etmir, bu xəstəliyin varlığına inanmırlar. Xəstəliyin olmaması ilə bağlı fikirlər irəli sürürlər. Özləri bilmədən cəmiyyətdə koronavirusun sürətlə yayılmasına səbəb olurlar. Azərbaycan dünyanən bir parçasıdır. Ona görə də dünyada gedən proseslərdən kənarda qala bilmərik. Yoluxma sayı Azərbaycandan dəfələrlə çox olan ölkələr karantin rejimində yumşalmalara gedib. Bizdə də vəziyyət ona inteqrasiya edilir. Lakin yoluxanların sayı bu cür artma dinamikası ilə davam edərsə, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimində sərtləşməyə doğru gedə bilər. Çünki ölkədə koronavirusa yoluxanların sayı 250-ni keçib. Bu rəqəmlər təbii ki, dövlətimizi çox narahat edir. Ola bilər ki, insanlarımızı qorumaq üçün karantin rejimində yenidən sərtləşmələr olsun”.