Bu ölkədə ictimai yerlərdə maska taxmaq məcburidir

İyunun 1-dən Pakistanda qatarlarda, məscidlərdə, mağazalarda, bazarlarda və digər ictimai yerlərdə maska taxmaq məcburidir.
"Sherg.az" AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Pakistan Baş Nazirinin səhiyyə məsələləri üzrə xüsusi müşaviri Zafar Mirza məlumat verib. O deyib ki, son günlər ölkədə koronavirusa yoluxanların sayı durmadan artır. Ona görə də biz bu qərarı qəbul etməyə məcbur olduq.

Son məlumata görə Pakistanda koronavirusa yoluxanların sayı 66 458 nəfərə çatıb. Bu virusdan 24131 xəstə sağalıb, 1395 nəfər ölüb.

Ölkədə ən çox koronavirusa yoluxanlar Sind, Pəncab, Bəlucistan və Xayber-Paxtunxva əyalətlərinin payına düşür.