Gecə saatlarında 19 yaşlı gənc bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi olub.
Lent.az -ın məlumatına görə, mayın 23-də saat 23:50-də Sabunçu rayonu Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbə sakini 2001-ci il təvəllüdlü E.Şəfiyevə bıçaqla xəsarət yetirməklə onun sağlamlığına ağır zərər vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı başlanan cinayət işi ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.Şəfiyevə xəsarət yetirməkdə şübhəli bilinən Xəyal Bağırov müəyyən olunaraq saxlanılıb.