Rusiyada koronavirus peyvəndinin sınaqları üçün hərbçilər seçildi

Rusiyanın Müdafiə Nazirliyi hərbi qulluqçular arasından koronavirus peyvəndinin sınaqları üçün könüllülər seçib.

Bu barədə TASS məlumat yayıb.

Ümumilikdə, sınaqlar üçün beşi qadın olmaqla, 50 hərbi qulluqçu seçilib.

“Bütün namizədlər ilkin tədqiqat və testlərdən keçiblər. Ay ərzində onlarda heç bir xəstəlik tapılmayıb”, - deyə nazirlikdən bildirilib.

Hərbçilərin ilk qrupu sınaqların keçirilməsi üçün iyunun 3-də Rusiya Müdafiə Nazirliyinin 48-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutunun nəzdində xüsusi müəssisəyə yerləşdiriləcək