Türkiyədə koronavirusdan daha 22 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 22 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. 
Nazir qeyd edib ki, son 24 saatda 32325 şübhəli koronavirus testindən keçib, onlardan 786-nın  cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4585 nəfər ölüb, 165555 nəfər bu infeksiyaya yoluxub, 129921 əfəri isə müalicə olunub. 
Bu gün 974 xəstə evə buraxılıb.