İspaniyada qatar avtomobillə toqquşdu: ölən və yaralılar var

İspaniyanın Samora bölgəsində sərnişin qatarı yoluna çıxan avtomobili vurub.

APA ABC-yə istinadən bildirir ki, zərbənin gücündən lokomativin relsdən çıxması nəticəsində heyət üzvlərindən 2 sürücü yaralanıb, avtomobilin sürücüsü isə ölüb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb edilib.

“Renfe” Dəmir Yolu Şirkəti 108 sərnişinin olduğu vaqonların isə relsdən çıxmadığını bildirib.