Azərbaycanda FACİƏ: məktəbli çayda boğularaq öldü

Cəlilabadda 16 yaşlı məktəbli çayda boğulub.

APA-nın məlumatına görə, hadisə rayon ərazisindəki Göytəpə çayında qeydə alınıb.

Göytəpə şəhəri, M. Əzizbəyov küçəsində yaşayan, Göytəpə şəhər 2 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü İlqar Şəbiyev heyvan otararkən Göytəpə çayını keçmək istəyib və çaya yıxılıb.

Nəticədə İ. Şəbiyev boğularaq ölüb.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.