39 yaşlı kişini ilan sancdı

Ağdamda 39 yaşlı kişini ilan sancıb.
APA-nın yerli müxbirinin xəbərinə görə, rayonun Aşağı Yüzbaşılı kənd sakini Osman Nəzərovu sahədə ilan sancıb. O. Nəzərov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, O. Nəzərova ilan zəhəri əleyhinə zərdab vurulub, həkim nəzarəti altında müalicəsi davam etdirilir.