“Asiya İnkişaf Bankı Azərbaycanı etibarlı tərəfdaş kimi görür”

“Bu Bankın gələcəkdə ölkəmizə dəstək verməsi əməkdaşlığı yeni və müsbət istiqamətə yönəldəcək”




“Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında olan əməkdaşlıq 1999-cu ilən bəri uğurla davam edir”.

Bunu “Sherg.az”a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. 

Siyasi şərhçi vurğulayıb ki, mövcud əməkdaşlıq sadəcə bir neçə layihələrin icrası ilə kifayətlənmir. Tərəflər arasında regional əməkdaşlıq da yüksək səviyyədədir: 
“Asiya İnkişaf Bankının illik toplantısının 2015-ci ildə Bakıda keçirilməsi çox əlamətdar hadisə idi. Hazırda Bankın Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumu həcmi 3 milyard ABŞ dollarından artıqdır ki, bu məbləğ də Azərbaycana infrastruktur sahəsinə investisiya qoymaqda kömək olub. 
Eyni zamanda, Bank Azərbaycanda dəmir yolu, yol tikintisi, su və kanalizasiya ilə bağlı digər layihələrə də dəstək verir. 

Avropanın enerji xəritəsini yenidən formalaşdıran Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasında da maliyyə yardımı göstərən Bank bu layihəyə kredit verən böyük beynəlxalq banklar arasında ilk sıralarda idi. 

Düşünürəm ki, geniş miqyaslı bütün bu dəstək amilləri tərəflər arasında əməkdaşlığın yüksək səviyyəsindən xəbər verməklə yanaşı, eyni zamanda belə böyük beynəlxalq bankın Azərbaycanı etibarlı tərəfdaş kimi görməsindən irəli gəlir”. 

Ş.Həsənova vurğulayıb ki, tərəflər suvarma və təhsillə əlaqədar icra olunacaq yeni layihələr üzərində əməkdaşlığı uğurla davam etdirir: 

“Azərbaycanın inkişafı üçün prioritet təşkil edən özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək məsələləri ilə bağlı da Bankın gələcəkdə ölkəmizə dəstək verməsi əməkdaşlığı yeni və müsbət istiqamətə yönəldəcək.
 Azərbaycan hazırda qeyri-formal məşğulluqla mübarizə aparır, ciddi tədbirlər görür. Neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq ölkəmiz çevik qərar qəbul edərək büdcəni yeni reallıqlara uyğunlaşdırmağa nail oldu. 
Bankın prezidenti Azərbaycanın Ümumdünya Səhiyyə Təçkilatına COVID-19-la mübarizə fonduna 10 milyon, Qoşulmama Hərəkatına üzv dövlətlərinə 5 milyon dollar ianə etməsinə, təşəkkür etdi və bu addımları çox yüksək dəyərləndirdi. Bank rəhbəri pandemiyanın gətirdiyi çətinliklərə baxmayaraq ölkəmizin qısa zaman kəsiyində sosial tədbirləri, biznesi dəstəkləməsini vurğuladı. 
Bu münasibət cənab Prezidentin bu çətin və sınaq günlərində apardığı yorulmaz fəaliyyətinə beynəlxalq arenada verilən ən yüksək dəyərlərdən sadəcə biridir. Bundan sonra da tərəflər əvvəlki uğurlu təcrübəyə əsaslanaraq yeni işləri yüksək səviyyədə icra edəcəklər”.