Qarabağda erməni əsgərlərini daşıyan avtomobil aşıb - ölən və yaralananlar var


Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Sarkis Qulyan işğal altında olan Dağlıq Qarabağ ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.
Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Hadisə bu gün 13:50-də baş verib. Hərbçiləri daşıyan “Ural” markalı avtomobilin aşması nəticəsində 2001-ci il təvəllüdlü Sarkis Qulyan ölüb, daha dörd əsgər yaralanıb. 
Yaralılar Xankəndidəki hospitaldadırlar.