Koronavirusa görə yenidən bu məhdudiyyətlər ola bilər - Qərargah

“Artıq məhdudlaşdırma ildə bağlı məsələ müzakirə olunub”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, cümə günü axşamdan bazar ertəsi səhərə qədər hərəkətin tam məhdudllaşdırılması, ictimai, fərdi nəqliyyatın küçəyə çıxmasının qadağan olunması, mağazaların bağlanması, iş rejimlərinin məhdudlaşdırılması nəzərdə tutulur: “Ancaq bu məsələnin detalları ilə bağlı Baş nazirin müraciəti, çıxışı olacaq, bu məsələlər detallı elan ediləcək. Bundan sonra Operativ Qərargahın məlumatında məhdudlaşdırmanın təfərrüatı ilə bağlı məlumat veriləcək”.