Azərbaycanda işdən çıxma saatlarında dəyişiklik gözlənilir - RƏSMİ

“Səhər saat 08:00, 08:30 və 09:00 olmaqla, işdən çıxma saatları tətbiq olunsa, ictimai nəqliyyatda sıxlıqda bağlı problemlər olmaya bilər ”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Sədr bildirib ki, bununla bağıl təklif operativ qərargaha təqdim olunub.