Bakı şəhərində koronavirus xəstələri üçün ayrılmış yerlər artıq bitib

"Maksimum qorunun. Kütləvi yerlərdə iştirak etməyin, məsafə saxlayın. İnanın, yoxsa ən azı İtaliyanın aqibətini yaşayacağıq"

Dostluğumda olan hər kəsdən bir həkim kimi xahiş edirəm, vəziyyət çox ciddiləşib. Düşündüyümüz və arzuladığımız kimi olmadı.
Bu sözləri həkim Ramin Qasımov sosial şəbəkə hesabında yazıb. Həkim bildirib ki, Bakı şəhərində koronavirus xəstələri üçün ayrılmış yerlər artıq bitib:

“Yoluxma maksimum sürətlənib. Ağır xəstələrin sayı çoxdur. Ölüm sayı birdən-birə yüksələ bilər. Maksimum qorunun. Kütləvi yerlərdə iştirak etməyin, məsafə saxlayın. İnanın, yoxsa ən azı İtaliyanın aqibətini yaşayacağıq. İnanmırsınızsa belə, özünüzü inananların, bilənlərin, görənlərin, Allahın xətrinə qoruyun. Bu gün polisə maska taxmamağa görə təzyiq edirsinizsə, sabah maskasız insan görəndə onu özünüz bayıra atacaqsınız. Bu gün bulvarda və ya restoranda məsafəni qorumadan hərəkət ediriksə, sabah bunun cəzasını valideynlərimizi itirməklə çəkəcəyik. Bu, ikinci dalğa olmadı. Bu nədirsə, indi başladı”.