Qarabağ münaqişəsinin həllində irəliləyiş yoxdur - Rusiya XİN

“Rusiya həlli gecikən Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinin tərəfdarıdır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

Onun sözlərinə görə münaqişənin nizamlanmasında kardinal irəliləyiş yoxdur.

“Lakin təsdiq edə bilərəm ki, nikbinlik qalır”, - Rusiya XİN rəsmisi vurğulayıb.