“Televiziya və radiolar işçilərini məhdud sayda çağırmalıdır. Hər hansı veriliş üçün qonaq çağırılırsa, onlardan onlayn şəkildə müsahibələr alınmalıdır. İstisna hallarda operativ qərargahdan icazə alınmalıdır”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, həftəsonu iki gün insanlar evdə qaldığı üçün televiziya və radioda maraqlı verilişlərin olması tövsiyə edilir:
“Xəbər saytlarının işçilərinin evdən çalışmaları tövsiyə edilir”.