Türkiyədə koronavirusdan daha 21 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 21 nəfər ölüb
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. 
Nazir qeyd edib ki, son 24 saatda 54234 şübhəli koronavirus testindən keçib, onlardan 988-nin  cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4630 nəfər ölüb, 167410 nəfər bu infeksiyaya yoluxub, 131778 nəfəri isə müalicə olunub. 
Bu gün 926 xəstə evə buraxılıb.