Türkiyədə qəza baş verib, 10 nəfər yaralanıb


Türkiyənin Tekirdağ vilayətində xidməti mikroavtobusla avtomobil toqquşub.

Trend-in məlumatına görə, hadisə Çerkezköy rayonunda baş verib.

Qəza nəticəsində mikroavtobus aşıb, 10 nəfər yaralanıb. Yaralılar Çerkezköy vilayətinin dövlət xəstəxanasına və həmin ərazidəki özəl xəstəxanalara çatdırılıb.

Bildirilib ki, avtomobil sürücüsü hadisə yerindən qaçıb.