Azərbaycan polisləri: növbə çəkdilər, yardım etdilər, intizam yaratdılar...

“Son iki gündə evə qapanma mərhələsində Azərbaycan polisləri də həkimlərimizlə bərabər fədakarlıq etdilər”. 
“Sherg.az” xəbər verir ki, bu barədə siyasi ekspert, jurnalist Azər Həsrət feysbukda yazıb. 
Ekspert bildirib ki, polislər bütün günü və gecəni növbə çəkdilər, ehtiyacı olana yardım etdilər, qayda pozanları intizama səslədilər: 

“Lakin bəzi vətəndaşlarımız polislərimizin bu fədakarlığını nadancasına və nankorcasına gözdən salmaq üçün əllərindən gələni etdilər. Ortaya xoş olmayan görüntülər çıxdı. Günah polisdədirmi? Təbii ki, yox. Günah qanunları pozan, qaydalara tüpürən cahil vətəndaşımızdadır! İndi bəzi şəxslər belə cahillərin üzündən ortaya çıxan görüntüləri sağa-sola tirajlayıb polisin avtoritetini zədələmək istəyir. Bu, təsadüf deyil. Bunun arxasında uzaq perspektivə hesablanmış kirli məqsədlər dayanır. Azərbaycan polisinin avtoritetini zədələyib dövləti gözdən salmaq, vətəndaşla dövlət arasında uçurum yaratmaq istəyirlər. Ona görə də polisin qayda pozanları zərərsizləşdirməsi yetərli deyil. Onları buna sövq edənləri, polisin başına binalardan zibil tullayanları da tapıb qanun qarşısına çıxartmaq lazımdır”.