“Sosial şəbəkələrdəki yanlış informasiyalar insanları çaşdırır”

“Bu platformada insanlara çaşdırıcı informasiyalar verilir və fikirləri qarışdırılır. 

“Hesab edirəm ki, sosial şəbəkələrdə yayılan yanlış xəbərlərlə bağlı təcili ölçü götürülməlidir.  İnsanlar birmənalı şəkildə məsuliyyətə dəvət olunmalıdır”



“Mövcud şərtlər altında Azərbaycanda virusa yoluxma hallarının geniş yayılmasının tək səbəbi kimi insanların səhlənkar davranışı göstərilir”.
Bunu “Sherg.az”a Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.
M.Ələsgərli bildirib ki, dövlət sərt karantin rejimi vasitəsi ilə insansanları məcburi qaydada sosial izolyasiyaya və davranışlara sövq etdiyi dönəmdə yoluxanların sayı çox deyildi: 

“Sərt karantin rejiminin yumşaldılması ilə insanlar sərbəstləşdi və tələbləri nəzərə almadı. Koronavirusun yenidən yayılmasına şərait yaratdılar. Məncə, insanların məsuliyyətsiz davranışında ən mühüm rolu sosial şəbəkələr oynayır. Sosial şəbəkələrdə insanları çaşdıracaq çoxlu informasiyalar yayılır. Bəzi adamlar təbliğat aparırlar ki, “guya virus mövcud deyil, onun yayılması hansısa ölkənin siyasi oyunudur” və s. Cəmiyyətə insanlara çaşdırıcı informasiyalar verilir və fikirləri qarışdırılır. Nəticədə bu cür addımlara yol verirlər. Bu baxımdan hesab edirəm ki, sosial şəbəkələrdə yayılan yanlış xəbərlərlə bağlı təcili ölçü götürülməlidir. İnsanlar birmənalı şəkildə məsuliyyətə dəvət olunmalıdır. Nə qədər ki, adamların təfəkküründə aydınlaşma, doğru yanaşma yoxdur, problem olduğu kimi davam edəcək”.