“Özümüzü, doğmalarınızı və hər kəsi qorumalıyıq” - Qaydalara əməl edək! 

“Bu, hər birimizin ailələrimiz, dövlətimiz qarşısında vətəndaşlıq borcudur”



“Hazırda dünyanın bəlasına çevrilmiş koronavirus pandemiyasının qarşısının alınması üçün dövlət bütün qüvvəsini səfərbər edib, insanlara qadağalara riayət edilməsi üçün gecə-gündüz çağırışlar edilir. Amma buna baxmayaraq nə gündəlik sayı artan yoluxanların aqibəti, nə xəstəlik səbəbindən dünyasını dəyişən həmvətənlərimizin acı həqiqəti bir çoxlarımıza dərs ola bilmir. Bu çox acınacaqlı bir haldır”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Əminə Ağazadə deyib.

Onun sözlərinə görə, özümüzü, doğmalarınızı, bizim üçün dəyəri biçilməz olan kəsləri qorumalıyıq:

“Tətbiq edilən rejim qaydalarına riayət edək. Bu, hər birimizin ailələrimiz, dövlətimiz qarşısında vətəndaşlıq borcudur”.